27 C
Baku
Saturday, July 27, 2024

Bu il Azərbaycan iqtisadiyyatının ən çox bu sahələrinə pul yatırılıb – Siyahı

2021-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7059.3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12.1 faiz az vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54.4 faizi sənaye, 19.4 faizi tikinti, 13.7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3 faizi peşə, elmi və texniki fəaliyyət, 1.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 1.2 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, təhsil, 0.8 faizi informasiya və rabitə, hər birində 0.4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0.2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0.1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

q1 q2

Son xəbərlər
Digər xəbərlər