17 C
Baku
Thursday, May 2, 2024

Bu il Azərbaycana xaricdən 89 min ədədə yaxın avtomobil gətirilib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyard 522 milyon dollar dəyərində 88 738 ədəd nəqliyyat vasitələri idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsilə 63.3%, miqdar ifadəsilə 33% artıb.

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 932 milyon 95 min dollar dəyərində 66 866 ədəd nəqliyyat vasitələri idxal olunmuşdur.

Ötən ilin 11 ayında Azərbaycana minik avtomobillərinini idxalı 61 637 ədəd ikən, cari ilin 11 ayında 81 824 ədəd təşkil edib.

Bu avtomobillərin 12 749-u (332.368 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 737-si (111.048 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər