10 C
Baku
Thursday, December 12, 2024

Bu il Azərbaycanda neft hasilatı 2.3 mln ton azalıb

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 28.8 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə Banker.az Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2.3 mln ton az olub.

Respublika üzrə neft hasilatının 19.7 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 2.9 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 6.2 mln ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər