Cari ilin noyabr ayında Azərbaycandan Gürcüstana 1,6 mln. dollar köçürülüb.
Agentliyin Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu məbləğ oktyabr ayı ilə müqayisədə 22,7% çoxdur.
Cari ilin yanvar-noyabr ayları ərzində isə Azərbaycandan Gürcüstana ümumilikdə 14,123 mln. dollar köçürülüb.
Gürcüstandan Azərbaycana pul köçürmələrində isə azalma qeydə alınıb. Noyabr ayında qonşu ölkədən Azərbaycana 908 min dollar köçürülüb ki, bu da oktyabr ayı ilə müqayisədə 81% azdır.
Ötən ay xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi 122,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 24,8% çoxdur.
Noyabr ayında Gürcüstana ən çox pul köçürmələri Rusiyadan daxil olub. Ötən ay bu ölkədən Gürcüstana 39,1 mln. dollar köçürülüb.
– APA