10 C
Baku
Friday, December 13, 2024

Bu il Azərbaycanın müstəqillik tarixində rekord həcmdə pambıq yığımı gözlənilir

Kənd Təsərrüfatı Nazirliyi bu il Azərbaycanın müstəqillik tarixində rekord həcmdə pambıq yığımı gözləyir. 

Report agentliyi xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumata görə, 2019-cu ildə ölkənin 20 rayonunda 100 111 hektar sahədə pambıq əkini həyata keçirilib. Ötən illə müqayisədə pambıq əkini sahələrinin həcmi 32 401 hektar azaldılıb, buna rəğmən orta məhsuldarlıq göstəricisi yüksəlib. Ötən il pambıq yığımında orta məhsuldarlıq 17,6 s/ha təşkil etmişdisə, artıq bu ilin oktyabrında bu rəqəm 7,9% artaraq 25,5 sentnerə çatıb.

Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır. 2018-ci ildə pambıq sahələrində yığımın 90 faizdən çoxu pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilib.

Bu il pambığın texnika ilə kütləvi yığımına sentyabrın 24-də start verilib, ötən 5 həftə ərzində qəbul məntəqələrinə 255 min tondan artıq pambıq təhvil verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 min ton, 2018-ci ilin yekun nəticəsi ilə müqayisədə isə 23 min ton artıqdır.

Artıq pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Sahələrdən birinci üz yığım yekunlaşmaq üzrədir, ikinci üz yığımın isə 50 faizi başa çatıb. Bu il ən çox pambıq Saatlı (13 741 ha), Ağcabədi (10 452 ha), Biləsuvar (10 257 ha), Bərdə (10 140 ha) və Beyləqan (9 706 ha) rayonlarında əkilib. Yığılan pambığın 144 185 tonu bu rayonların payına düşür.

Pambıq yığımı davam edir.

Son xəbərlər
Digər xəbərlər