17 C
Baku
Sunday, May 26, 2024

Bu il Çindən Azərbaycana gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq

Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji” mövzusunda baş tutan paneldə bildirib.

O vurğulayıb ki, Azərbaycan hazırda elektrik avtobuslarını nəqliyyat sisteminə daxil etməkdədir.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər