4 C
Baku
Sunday, February 25, 2024

Bu il e-qaydada aparılan pensiya təyinatlarının sayı açıqlanıb

2022-ci ilin yanvar-fevral aylarında 88.3 min pensiya, müavinət, təqaüd təyinatı vətəndaşların müraciətinə və sənəd təqdimatına ehtiyac qalmadan, e-qaydada (proaktiv qaydada) aparılıb. Onlardan 2.3 mini pensiya, 86 mini müavinət və təqaüd təyinatları olub.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektron qaydada həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər