Bu il fındıq ixracı 37 milyon dollar valyuta qazandırıb

2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan 36 milyon 940 min dollar dəyərində 6,008 ton fındıq ixrac edilib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2019-cu ilin 3 ayı ərzində isə Azərbaycandan 38 milyon 963 min dollar dəyərində 7,326 ton fındıq ixrac edilib. Belə ki, illik müqayisədə fındığın ixracı 18% azalıb.

Həmçinin yanvar-mart aylarında 7 milyon 753 min dollar dəyərində 18 187 ton alma, 14 milyon 136 min dollar dəyərində 17 947 ton xurma ixrac edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər