10 C
Baku
Thursday, December 12, 2024

Bu il imzalanan icarə müqavilələrinin sayı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son dövrlər dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində ümumilikdə 1 531 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 631-i qeyri-yaşayış sahələri üzrə,  900-ü isə torpaq sahələrinə dair olub.

Bununla yanaşı hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində 1 177 və ya  3.3 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə ümumilikdə 14.4 milyon manatdan artıq məbləğində vəsaitin ödənilməsi təmin olunub və bununla 11 aylıq proqnoz 142%  yerinə yetirilib.

Müasir çağırışlara əsasən, dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.

JFNhc62lBnde9vvhO353lMEYn4 G5IO5

Son xəbərlər
Digər xəbərlər