5 C
Baku
Friday, March 29, 2024

Bu il kartla həyata keçirilən hesablaşmaların həcmi 5,3 milyard manat olub

Bu ilin doqquz ayında elektron ödəmə sistemləri vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 200 milyard manata çatıb.

Bu barədə Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda deyib.

Elektron ticarətdə müsbət nəticələrin müşahidə olunduğunu deyən A.Quliyev qeyd edib ki, cari ildə elektron ticarətin həcmi 2,2 milyard manat olub. Nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcmi cari ildə 59 faiz artaraq 5,3 milyard manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər