Bu ilin yanvar-aprel aylarında ölkəyə ümumi dəyəri $214 mln. olan 21 574 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri gətirilib. Onlardan 4 156-sı hibrid avtomobillər, 92-si isə elektromaşınlar olub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən ilin ilk 4 ayında isə ölkəyə gətirilən bu minik avtomobillərinin sayı 21 948 idi və onlardan 2 805-i hibrid avtomobil, 24-ü elektromaşın olub. Bu avtomobillərin idxalına müvafiq olaraq $209.2 mln., $16.5 mln. və $947.8 min valyuta sərf olunub.
Müqayisə aparsaq, hesabat dövründə idxal edilmiş minik avtomobillərinin sayında illik 1.7% azalma olsa da, ümumi dəyərində 2.3% artım var. Hibrid avtomobillərdə isə illik artım say ifadəsində 48.2%, dəyər ifadəsində 2.2 dəfə artıb. Hesabat dövründə idxal edilmiş elektromaşınların sayı illik müqayisədə 3.8 dəfə, ümumi dəyəri 3.1 dəfə çox olub.