27 C
Baku
Saturday, July 27, 2024

Bu il pensiya ödənişlərinə 3 milyard 797 milyon manat vəsait yönəldilib

Səkkiz ay ərzində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (523 milyon manat) çox olmaqla 3 milyard 797 milyon manat vəsait yönəldilib.

Banker.az xəbər verir ki, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, pensiyaların artırılması istiqamətində növbəti addımlar olaraq, bu il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək bu artımdan sonra pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 14,7 faiz indeksləşdirilməklə artırılıb.

Bu ilin yanvar-avqust aylarında pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Qeyd olunan dövrdə 21,1 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 92,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Son xəbərlər
Digər xəbərlər