16 C
Baku
Monday, May 6, 2024

Bu il qadın sahibkarlara verilən güzəştli kreditin həcmi 4.5 mln. manat az olub

2022-ci ilin 11 ayı ərzində ötən ilə nisbətən daha çox qadın sahibkara güzətşli kredit verilsə də, bu kreditin həcmi azalıb. Belə ki, bu dövrdə 187 qadın sahibkara 6.9 milyon manat güzəştli kredit verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 130 qadın sahibkar üzrə 11.4 milyon manat təşkil edib.
 Sahibkarlığın İnkişafı Fondundan Banker.az-a verilən məlumata əsasən, bu ilin yanvar-noyabr ayları ərzində gənc sahibkarların 77 layihəsi maliyyələşdirilib. Bu məqsədlə ötən ilin analoji dövründən 5 dəfə çox – 10 milyon manat vəsait ayrılıb. 2021-ci ilin müvafiq dövründə isə 52 gənc sahibkara 2 milyon manat güzəştli kredit verilib.
Son xəbərlər
 ⁠
Digər xəbərlər