Bu ilin birinci rübündə ən çox Rusiya vətəndaşlığı alan əcnəbilər ukraynalılar və tacikistanlılardır.
Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirlib.
“Rusiya vətəndaşlığı keçmiş sovet respublikalarından olan insanlar üçün cəlbedici olaraq qalır. 2022-ci ilin birinci rübündə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edənlərin ümumi sayında 39,6 faizi Ukraynadan olanlar, 23,9%-i Tacikistandan gələnlər təşkil edir”, – rəsmi məlumatda qeyd olunub.
Bu ilin birinci rübündə Rusiya vətəndaşlığı alanların 8%-ni Qazaxıstan, 7,9%-ni Ermənistan, 4,7%-ni Özbəkistan, 3,6%-ni Qırğızıstan, 3,1%-ni Belarus, 3%-ni Moldovadan gələnlər təşkil edib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasından olanlar bu siyahıda 4,5% təşkil edir.
Ümumilikdə, 2022-ci ilin birinci rübündə 141,5 minə yaxın xarici vətəndaş Rusiya vətəndaşlığına qəbul edilib ki, bu da ötən illə müqayisədə 12% azdır.