26 C
Baku
Saturday, July 27, 2024

Bu ilin avqustunda azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin avqust ayında azad olunmuş ərazilərdə zərərsizləşdirdiyi minaların sayı açıqlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ay ərzində 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib.

“Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib”, – məlumatda qeyd olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər