9 C
Baku
Friday, December 13, 2024

Bu ilin birinci yarısında “Invest-AZ”ın gəlirləri 37%-dən çox azalıb

2019-cu ilin 30 iyun tarixinə “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 570 447 manat yaxud 4,96% azalaraq 10 932 521 manat olub.

“Report”un qurumun maliyyə hesabatına istinadən verdiyi xəbərə görə, “Invest-AZ”ın cəmi öhdəlikləri il ərzində 314 018 manat yaxud 3,4% azalaraq 8 933 975 manat təşkil edib.

Şirkətin cəmi kapitalı 256 429 manat və ya 11,37% azalaraq 1 998 546manata düşüb.

“Invest-AZ”ın cəmi gəlirləri 872 147 manat və ya 37,17% azalaraq 1 474 360 manat olub. Gəlirlərin azalması əsasən likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirlərinin kəskin azalması hesabına baş verib. Belə ki, bu göstərici 2 171 986 manatdan 872 921 manata enib. Broker xidmətləri üzrə komissiya gəlirləri isə 6,5 dəfə artaraq 565 071 manata çatdırılıb. 

Buna baxmayaraq hesabat dövrü ərzində şirkətin əməliyyat üzrə zərəri 250 374 manat, vergidən əvvəl zərəri 257 351 manat, dövr üzrə xalis zərəri isə 256 429 manat təşkil edib. Ötən ilin ilk yarısında isə hər 3 göstərici üzrə mənfəət qeydə alınmışdı.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,6 milyon manatdır. Şirkətin səhmlərinin 73,98%-i Elşən Quliyevə, 26,02%-i isə Ceyhun Abdullayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər