26 C
Baku
Saturday, July 27, 2024

Bu iPhone modellərində “WhatsApp” işləməyəcək

“WhatsApp” messenceri bəzi köhnə iPhone modellərində işini dayandıracaq. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, yaxın aylarda iOS 11 və iOS 12 əməliyyat sistemlərinin dəstəyi dayandırılacaq.

Bu o deməkdir ki, iPhone 5 və iPhone 5C smartfonlarında “WhatsApp”dan istifadə etmək mümkün olmayacaq, çünki onlar iOS 12 əməliyyat sistemini dəstəkləmirlər.  Bildirildiyi kimi, sözügedən modellərdə 24 oktyabr 2022-ci il tarixindən etibarən  “WhatsApp” işləməyəcək.

Əməliyyat sistemi yeniləndiyi təqdirdə, proqram iPhone 5S, iPhone 6 və iPhone 6S smartfonlarında işləyəcək.

Son xəbərlər
Digər xəbərlər