1 C
Baku
Saturday, December 14, 2024

Bu kolbasaların etiketlərində məhsulun tərkibi təhrif edilib

Gəncədə Yevlax şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Mobil Kamil oğluna məxsus kolbasa məmulatlarının istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, müəssisədə istehsal üçün uyğun şəraitin olmadığı, istehsal sahəsinin təmirsiz vəziyyətdə saxlandığı, bütün xammal və inqrediyentlərin çirklənmədən mühafizə edilmədiyi, qablaşdırmada istifadə olunan materialların uyğunluq sertifikatlarının mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin “Elit” əmtəə nişanlı kolbasa məmulatlarının etiketlərində məhsulun tərkibi ilə bağlı təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlar müəyyən edilib.

Belə ki, etiket məlumatlarında istehsal prosesində mal ətindən istifadə olunduğu və məhsulun istehsalçısı barədə yanlış məlumatların qeyd olunduğu məlum olub. Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsulların satışa çıxarılmasının qarşısı alınıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Agentlikdən verilən məlumata əsasən, araşdırmalar davam etdirilir.

16696205401km jpg

Son xəbərlər
Digər xəbərlər