9 C
Baku
Sunday, April 14, 2024

Bu küçədən sola dönmək qadağan edildi – 60 manat cərimə yazılır

Paytaxtın Nizami rayonunda hərəkətin təşkilinə dəyişiklik edilib.

Söhbət Azər Manafov küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindən (7 saylı doğum evinin yaxınlığından) gedir. Belə ki, əvvəllər Azər Manafof küçəsi ilə hərəkət edən sürücülər K.Balakişiyev küçəsinnin kəsişməsindən sola dönə bilirdilər. Lakin hərəkətin təşkilinə edilən son dəyişiklikdən sonra sola dönmə qadağan edilib və yolun girişinə 3.1 “giriş qadağandır” nişanı quraşdırılıb. Bu kəsişmədə sürücülərin yalnız düzünə və  sağa hərəkətinə icazə verən 4.1.4 “düzünə və sağa hərəkət” nişanı quraşdırılıb.

Oxucuların verdiyi məlumata görə, sözügedən kəsişmədən sola dönən sürücülərə 3 bal 60 manat cərimə yazılır.

Son xəbərlər
Digər xəbərlər