13 C
Baku
Wednesday, May 8, 2024

Bu məhsulların xaricə satışından Azərbaycan 150 milyon dollardan çox valyuta qazanıb

2022-ci ilin 5 ayı ərzində  (yanvar-may) Azərbaycandan statistik dəyəri 153 milyon 261 min dollar olan 141 min 924 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 5 ayı ilə müqayisədə Plastmassa və onlardan hazırlanan məmulatların ixracı dəyər ifadəsilə 7% artıb, miqdar ifadəsilə 7% azalıb.

Ötən ilin eyni dövründə Azərbaycandan 143 milyon 70 min dollar dəyərində 153 min 173 ton Plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər