2 C
Baku
Saturday, December 14, 2024

Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək

Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər 100 manat cərimələnəcək. Bəs standartlara uyğun olmayan avtomobil nömrələri hansılardır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, nömrə standartı dedikdə,  üzərində Azərbaycanın dövlət bayrağının təsviri, hərflər və rəqəmlər nəzərdə tutulur.

“Eyni zamanda defis işarəsi var, nömrəyə parlaqlıq effekti verir. Hansı ki, aidiyyəti qurum bunu müəyyənləşdirib və belə olan halda saxta nömrələrdən istifadə edirlər. Yəni nömrə hardasa əzilir və onu düzəltmirlər.

Bu mexanizm normal vəziyyətdə olmayanda sözsüz ki, müəyyən problemlər yarada bilər.  Məsələn, tanınmayan nömrə nişanlı avtomobil qəza törədir və heç kim onu aşkarlaya bilmir. Bu zaman ağır bir cinayətin və yaxud da neqavit bir halın qarşısı alınmır, cinayətin üstü açılmır. Buna görə nömrə standartı qorunmalıdır”.

Onun sözlərinə görə, əvvəlki cəzalarda 60 manat, dörd bal nəzərdə tutulurdu. İndi bunun cəzası 100 manata qaldırılıb. 

Son xəbərlər
Digər xəbərlər