23 C
Baku
Saturday, September 24, 2022

Bu ölkə avqustda təbii qaza görə “Qazprom”a avans ödəməyəcək

“Moldovaqaz” prezidenti Vadim Çeban avqustda təbii qaz nəqli üçün Rusiyanın enerji şirkəti “Qazprom”a avans ödəyə bilməyəcəklərini açıqlayıb.

Bu haqda “Moldovagaz” prezidenti sosial mediada açıqlama verib.

Təbii qazın alınması, daşınması və paylanması ilə bağlı xərcləri qarşılaya bilməyəcəklərini bildirən Çeban, “Moldovaqaz”ın avqust ayında təxminən 14 milyon 800 min dollar kəsir olacağını proqnozlaşdırıb.

Çeban “Qazprom”dan ödənişin gecikdirilməsini tələb etdiklərini, lakin bununla bağlı cavab almadıqlarını bildirib.

Qeyd edək ki, “Qazprom” və “Moldovaqaz” arasında Rusiya təbii qazının Moldovaya nəqli ilə bağlı müqavilənin 2021-ci ildə beş il müddətinə uzadılmasına dair razılıq əldə edilib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər