18 C
Baku
Çərşənbə, May 25, 2022

Bu ölkədə yeni qaz yataqları kəşf edildi

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtının sahillərindəki 2-ci blokda 60 milyard kubmetr həcmində qaz ehtiyatı aşkar edildiyini açıqlayıb.

Bu barədə “Emirates” agentliyi məlumat yayıb.

Bildirilib ki, İtaliyanın “Eni” şirkətinin operatoru olduğu bu blokda kəşfiyyat işləri davam etdirilir. ADNOC-un rəhbəri Sultan bin Əhməd Əl Cabirin sözlərinə görə, Əbu-Dabidən şimal-qərbdə yerləşən 4 min kvadratkilometrlik dəniz sahəsində daha zəngin təbii qaz yataqlarının olduğu ehtimal edilir.

O əlavə edib ki, hazırda mütəxəssislər tərəfindən 3D meqa seysmik qiymətləndirmə işləri aparılır. Bundan başqa, Əbu-Dabidəki quruda yerləşən 4-cü blokda da yeni qaz yataqları aşkarlanıb və ”Eni” şirkəti ilə birlikdə kəşfiyyat işləri davam etdirilir.

Ötən ilin dekabrında ADNOC Əbu-Dabi sahillərində 1 milyard barel neft ehtiyatları aşkarladığını bəyan etmişdi. Şirkətin rəhbərliyi bildirib ki, bu yataqlarda hasilatla yanaşı, BƏƏ hökuməti sıfır karbon emissiyası və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi strategiyasını həyata keçirəcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər