Finlandiya Rusiya ilə sərhəddi bütünlüklə bağlamağı planlaşdırır.
Bu barədə xarici KİV-lərə istinadən xəbər verilir.
Məlumata görə, Finlandiya hökuməti Rusiya ilə sərhəddəki digər məntəqələri də bağlamağı planlaşdırır.
Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə dörd buraxılış məntəqəsini noyabrın 18-nə keçən gecə bağlayıb. Finlandiyanın baş naziri Petteri Orponun sözlərinə görə, bu tədbir “üçüncü dünya ölkələri vətəndaşlarının” axınının qarşısını almaq məqsədi daşıyır.