Qırğızıstan hakimiyyəti Moskva vilayətində baş vermiş terror aktından sonra vətəndaşlarına üzrlü səbəblər olmadan müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il martın 22-də Moskvanın “Crocus City Hall” konsert zalında baş vermiş, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri və antiterror tədbirləri tətbiq edilib. Rusiya Federasiyasına səfər etmək üçün ciddi səbəbləri olmayan Qırğızıstan vətəndaşları əlavə təhlükəsizlik tədbirləri və dövlət ərazisinə girişə nəzarət gücləndirilənə qədər müvəqqəti olaraq onun ərazisinə getməkdən çəkinməlidirlər” – deyə məlumatda qeyd olunub.
Nazirlik, həmçinin, Rusiyaya səfər etməyi planlaşdıran vətəndaşlara “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin saytında Rusiya Federasiyasına giriş məhdudiyyətlərini əvvəlcədən yoxlamağı” tövsiyə edib.