Çexiyada elektrik və qaz qiymətləri kəskin bahalaşıb.
Bu barədə yerli “Lidovky” nəşri yazır.
Qeyd olunur ki, bu il təchizatçılar enerji daşıyıcılarına görə 2021-ci ildə ödədiklərinin üç qatını ödəməlidirlər. Hazırda gələn il çatdırılma şərti ilə bir meqavat-saat elektrik enerjisi 194 avroya, 2024-cü il üçün 141 avroya, 2025-ci il üçün isə 120 avroya başa gəlir. Əvvəl bir meqavat-saatın qiyməti 30-50 avro civarında dəyişirdi.
Qaz qiymətlərində artım daha çox özünü biruzə verir. Belə ki, gələn il üçün tədarük 93 avroya, 2024-cü il üçün isə 69 avro civarında dəyişir.