8 C
Baku
Tuesday, March 19, 2024

Bu ölkədə koronavirusa qarşı peyvənd məcburi olacaq

Almaniyanın bütün 16 federal əyalətinin baş nazirləri ölkədə koronavirusa qarşı universal məcburi vaksinasiyanın tətbiqini dəstəkləyib.

Bu barədə Almaniya kansleri Olaf Şolz regionların rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Bundestaq yaxın vaxtlarda bu məsələni müzakirə edəcək.

Şolz deyib ki, Almaniyada peyvəndin əhatə dairəsi çox yüksək deyil.

Kanslerin sözlərinə görə, hökumət “omikron” ştamının sürətlə yayılması səbəbindən ölkədə yeni koronavirus infeksiyası hallarının sayının artacağını gözləyir və vətəndaşları peyvənd etməyə çağırır.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər