17 C
Baku
Friday, May 3, 2024

Bu ölkələrdə diqqətli olun!

Aşağıda sizə müxtəlif ölkələrdə turistləri aldatmağın ən geniş yayılmış üsullarını təqdim edirik. Diqqətli olun ki, sizi də aldatmasınlar! 

 Çin

Çin öz saxta məhsulları ilə bütün dünyada məşhurdur. Bu səbəbdən də onun siyahıda ilk pillədə yer alması təəccüblü hal deyil. Burada turistlərə daha çox saxta mirvari və ipək təqdim edilir. Mirvarinin saxta olub-olmadığını yoxlamaq üçün  üzərindəki dəliklərə diqqətnən baxın. Bundan əlavə onu stolun üstünə atın. Əsl mirvari top kimi sıçrayacaq. İpəyin də saxta olub-olmadığını yoxlaya bilərsiniz. Bunun üçün parçanın ucundan sap qoparın və yandırın. Süni ipək əriyəcək və kimyəvi maddə qoxusu gələcək. Təbii ipək isə yandıqda ərimir və yanmış yun qoxusu gəlir. Bundan əlavə meyvə, tərəvəz, çay aldıqda yadda saxlayın ki, Çində adətən 1 kiloqramın deyil, yarım kiloqramın qiyməti göstərilir. Bu ölkədə qayda belədir.

 Sinqapur və Honq Konq

 İnsanlar adətən bu ölkələrdən fotoaparat, kompüter, planşet kimi texnikalar almağa üstünlük verirlər. Diqqətli olun: bəzən insanlar evdə aldıqları qutunu açdıqda tamamilə başqa bir əşya ilə qarşılaşırlar. Bu ölkələrdə turistləri aldatmağın başqa yolu da var. Küçədə bir insan sizə yaxınlaşır və nə axtardığınızı soruşur. Axtardığınız əşyanı öyrəndikdə isə öz mağazasında onu çox ucuza satdığını deyir. Siz mağazaya gəldikdə işçisini malı gətirməsi üçün “anbara” göndərir. Gözlədiyiniz müddətdə isə istədiyiniz modelin heç də yaxşı olmadığını deyir və sizə tamamilə başqa model təklif edir. Adətən bu təklif edilən modellər tələbat olmayan və qiyməti şişirdilmiş məhsullar olun. Belə bir faktla qarşılaşsanız, dəqiq olaraq sizi aldatmaq istədiklərini artıq anlaya bilərsiniz.

 Tayland

 Bir çoxları Taylanddan qiymətli daşlarla bəzədilmiş məhsullar gətirmək arzusundadır. Küçələrdə insanlara tez-tez ucuz qiymətə rubin və sapfir təklif edən insanlara rast gəlmək mümkündür. Yeri gəlmişkən, bu qiymətli daşlar saxta olduğu kimi əsl daşlar da ola bilər. Bu riskə getmək artıq öz seçiminizdir.

 Hindistan

 Hindistanda da qiymətli daşlarla ticarət çiçəklənməkdədir və satıcılar sizə saxta mal satmaq üçün əllərindən gələni edəcəklər.

  Misir

 Misirdə sizi hər addım başı aldada bilərlər. Buna görə də bu ölkədə bir anlıq belə olsa rahatlaşmaq olmaq olmaz. Əgər yaxınlarınıza xatirə olaraq suvenir almaq istəyirsinizsə, heç bir halda taksi sürücülərini və küçə satıcılarını dinləməyin. İxtisaslaşmış mağazaya gedin və burada sizə hədiyyə ilə birhə sertifikat da təqdim edəcəklər.

 Çexiya

 Çexiya Avropada yerləşməsinə baxmayaraq turistləri aldadan Asiya ölkələrindən heç nə ilə geri qalmır. Burada mağazadan alış-veriş edərkən qəbzinizi mütləq yoxlayın. Bu zaman aldığınız 2-3 əşyanın yerinə sizdən 4-5 məhsulun ödənişini alacaqlar.

 Kuba

 Əgər siqar həvəskarı deyilsinizsə bəxtiniz gətirib. Kubada ən pis malı ən yaxşı nümunələr sırasında təqdim edəcəklər. Heç bir halda küçədən alış-veriş etməyin. Burada da bunun üçün ixtisaslaşmış mağazalara üz tutun

Son xəbərlər
 ⁠
Digər xəbərlər