3 C
Baku
Sunday, February 25, 2024

Bu qida əlavələrində insan orqanizmi üçün zərərli maddə aşkarlanıb

Bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Belə ki, ötən ay Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin mərkəzə etdiyi müraciətlə əlaqəli “Lipotrim kaps N36“ (seriyası: 555017, yararlıq müddəti: 01.03.2023) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlıq müddəti: 01.02.2025) nümunələrinin ekspertizası aparılıb.

Təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşmalarının üzərində haqqında məlumat verilməyib, Azərbaycanın 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının SİYAHISI”da göstərilmiş “sibutramin” adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub.

Qeyd edək ki, “Lipotrim kaps N36” və “Black Panther kaps N36” bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün AEM-ə müraciət olunmayıb.

Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.

Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər