26 C
Baku
Saturday, July 27, 2024

Bu rayonda içməli suyun verilişi dayandırıldı

Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb.

Bu barədə “Azərsu” ASC-nin 3 saylı Regional Su Kanal idarəsinin Biləsuvar sahəsindən verilib.

Məlumata görə, Hacıqabul rayonunda yerləşən və Biləsuvar şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğuda yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar sabah günün birinci yarısınadək 5 100 abonentin yaşadığı Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılır.

Son xəbərlər
Digər xəbərlər