3 C
Baku
Sunday, March 3, 2024

Bu şəxslərdə Aylıq gəlir tamamilə vergidən azad ediləcək – Yeni Təklif

Azərbaycanda şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən aylıq gəlirinin tamamilə vergidən azad edilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib.

“Əsrlər boyu bizə qarşı mübarizə aparanlardan 1 kvadrat santimetr torpaq geri ala bilməmişik. Azərbaycan ilk dəfədir ki, torpaq alır. Bunun üçün insanlar canından keçib, qanını qoyub. Hesab edirəm ki, şəhid statusu verilmiş şəxsin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 800 manat və yaxud tam azaldılması arasında elə də böyük fərq yoxdur. 2026-cı ilə qədər əmək haqqında elə də böyük artım gözlənmədiyini nəzərə alaraq, bunun bir dəfəlik ləğv edilməsin təklif edirəm”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər