8 C
Baku
Thursday, December 12, 2024

Bu sahəyə dünyada trilyonlarla vəsait ayrılacaq

Dünyada qlobal trendləri izləyən şirkətlər, digər şirkətlərlə müqayisədə dəfə daha üstündür və bu şirkətlər 80 % daha dayanıqlıdır.

Bunu “McKinsey & Company” şirkətinin tərəfdaşı Murat Gursoy “Baku International CEO Summit”ində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, biznes davamlılığa əsaslanır: “Biznes davamlıdır, bu barədə trendlər əsas yer tutur. Bu istiqamətdə şirkətlər üzərində tədqiqatlar apardıq”.
O qeyd edib ki, hazırda dünyada biznesin inkişafında bir sıra trendlər əsas götürülür: “İlk növbədə rəqəmsallaşmanı qeyd etməliyik. Hesab edirik ki, rəqəmsallaşma biznesin gələcəyidir və bu sahəyə dünyada trilyonlarla vəsait ayrılacaq.
Dünyada biznesdə ikinci qlobal trend dayanıqlığa nail olmaqdır. Ya şirkətlər dayanıqlığa nail olacaq, ya da bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaq. Növbəti trend mobilliyin artırılmasıdır. Dünyada istedadların “müharibəsi” başlayıb. Şirkətlər istedadlı insanları şirkətlərində saxlamağa çalışırlar və istedadlı insanları özlərinə cəlb etməyin yollarını axtarırlar. Hazırda dünyada istedadlı insanların iş tapması daha asandır”.
MənbəReport
Son xəbərlər
Digər xəbərlər