Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq nominal əməkhaqqı artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2020-ci ilin yanvar-iyul ayları ərzində 3 454,5 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əməkhaqlarında illik müqayisədə 408.3 manat və ya 13.4% artım qeydə alınıb.
Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 697,4 manat olub, özəl sektorda isə bu göstərici 4 589,4 manat təşkil edib.
Onu da qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7% artaraq 715,4 manat tәşkil etmişdir.