6 C
Baku
Sunday, December 15, 2024

Bu sığorta agentlərinə icbari avtosığorta satışı qadağan olunub

Bu gündən Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasından lisensiyası olmayan, eləcə də “Elektron İmza” və yaxud “ASAN İmza” almamış sığorta agentlərinə icbari avtosığorta satışı qadağan olunub.

Bu barədə maliyyə bazarındakı mənbə bildirib.

“Bundan sonra avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını yalnız lisenziyalı agentlər sata biləcək. Yəni, subagentlər sığorta bazarından kənarlaşdırılıb. Üstəlik, bağlanmış müqavilələr “Elektron İmza” və yaxud “ASAN İmza” ilə təsdiq olunmalıdır”, – deyə mənbə qeyd edib.

Onun sözlərinə görə, daha bir yenilik İcbari Sığorta Bürosu ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazalarının inteqrasiya edilməsidir: “Məqsəd ondan ibarətdir ki, sığorta agentləri avtomobilə dair məlumatları təhrif etməsinlər. Bəzi agentlər müqavilədə məsələn, maşının mühərrikinin həcmini olduğundan az göstərirdilər və bu yolla müştərilərinə icbari sığorta haqqında güzəşt edirdilər. Belə hallar yalnız sığirta hadisəsi baş verəndə üzə çıxırdı. İndi isə müqavilə bağlanan zaman yol polisindəki məlumatlar əsas götürüləcək. Yəni agent avtomobilə aid məlumatları İSB-nin sisteminə düzgün daxil etməsə, həmin müqavilə qüvvəyə minməyəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər