26 C
Baku
Saturday, July 27, 2024

Bu şirkətlər Rusiyada qiymətləri 45 faizə qədər artıracaq

Nestle və Unilever məhsullarının qiymətlərinin 45%-ə qədər artıracaq.

Banker.az xəbər verir ki, Nestle və Unilever pərakəndə satış şəbəkələrinə öz məhsullarının qiymətini 10%-dən 45%-ə qədər artıracaqları barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, “Nestle” hazır qəhvə, mineral su, şokolad, dondurma, bulyonlar, süd məhsulları, uşaq qidaları, ev heyvanları üçün qidalar, əczaçılıq və kosmetika məhsulları istehsal edir. Əsas brendlər KitKat, Maggi, Nescafe, Nesquik, Nestea-dır. Daha öncə “Nestle” Rusiya bazarını tərk etməkdən imtina etdiyi barədə açıqlama vermişdi. Unilever isə Domestos, Rexona kimi vasitələrin istehsalı ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər