Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə “Cybernet” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Elektron ipoteka və kredit zəmanət” sistemində yaradılmış yeni funksionallıqlara texniki dəstək xidmətinin göstərilməsi nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 212 min 754 manatdır.
Bildirək ki, “Cybernet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 AZN-dir və qanuni təmsilçisi İlham Namazov Bayram oğludur.
Qeyd edək ki, “Cybernet” şirkəti Azərbaycanda İnformasiya Texnologiyası xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. 2013-cü ildə “İlik İT şirkəti” seçilib, bir sıra beynəlxalq hesabatlarda adı qeyd olunub.