6 C
Baku
Saturday, February 24, 2024

Bu tələbələrin maliyyələşdirilməsi üçün büdcədən 36 mln. manat ayrılacaq

“2023-cü ildə təklif olunan xərclər də nəzərə alınmaqla son 5 ildə dövlət büdcəsində sosialyönümlü xərclər 13.9 %, mütləq ifadədə 7 milyard 458 milyon manat artıb”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, növbəti ildə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının 200 manatdan 246 manata qaldırılması nəzərdə tutulur: “Məişət zorakılığı qurbanları ilə bağlı xərclər də dövlət büdcəsində artırılır. Cari illə müqayisədə bu istiqamətə 5 milyon manat çox vəsait ayrılması nəzərdə tutulur. Təhsil sahəsinə ayrılan vəsait də cari illə müqayisədə artırılır. Gələn il 19 min güzəştli kateqoriyaya aid olan tələbələrin maliyyələşdirilməsi üçün büdcədən 36 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 2023-cü ildə elm xərclərinə də 11.5 % çox vəsait yönəldiləcək.”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər