3 C
Baku
Saturday, December 14, 2024

Bu yaxınlarda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının bu yaxınlarda iclası keçiriləcək.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Hökumətlərarası Komissiya fəal işləyir: “Ölkələrimizin digər qurumları arasında da fəal təmaslar var”.

Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası 2023-cü ilin iyul ayında Moskvada keçirilib.

Azərbaycan bazarında 900 ortaq müəssisə fəaliyyət göstərir ki, bunlardan 1/3-nin 100 %-lik kapitalı Rusiyaya məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər