25 C
Baku
Saturday, July 27, 2024

Büdcə gəlirləri 10 faiz artıb

2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.

Banker.az xəbər verir ki, bu barədə 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında deyilib.

Bildirilib ki, bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3.1 mlrd. manat və ya 10.1%, büdcə xərcləri isə 3.3 mlrd. manat və ya 9.8% artıb.

Son xəbərlər
Digər xəbərlər