Maliyyə departamenti, “Büdcə” şöbəsinin mütəxəssisi
Vəzifə üzrə əsas fəaliyyət:
- İllik büdcənin tərtibi prosesində iştirak edir və zəruri tədbirləri görür;
- Müvafiq strukturlardan yığılan məlumatların mütəmadi olaraq büdcə proqnozlarına uyğunluğunu yoxlayır;
- Bankın xüsusi proqram moduluna müvafiq məlumatları yığır və onları mütəmadi olaraq təhlil edir;
- İnzibati xərclərə gündəlik nəzarət edir;
- Satınalmalara nəzarət edir, qiymət araşdırmasını həyata keçirir.
- Hesabatların hazırlanması üçün struktur rəhbərinə zəruri məlumatlar təqdim edir;
- Müxtəlif növ gündəlik və aylıq hesabları hazırlayır.
Namizədə olan tələblər:
- Təhsil : Ali (Maliyyə, iqtisad sahəsi üzrə təhsili olanlara üstünlük verilir);
- İş təcrübəsi: Bu və oxşar sahədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir;
- Xarici dil bilikləri: ingilis dili arzuolunandır;
- MS Excell proqramını yüksək səviyyədə bilməli;
- İFRS üzrə baza bilikləri arzuolunandır.
- Riyazi bilikləri və analitik düşüncəyə malik olmaq;
- Fərdi və komanda şəklində işləməyə bilmək.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır..
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33