10 C
Baku
Friday, December 13, 2024

Büdcə şöbəsinin rəisi – AFB Bank

AFB Bank Büdcə şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Büdcə şöbəsinin rəisi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Orta ixtisas və ya ali təhsil;
• Maliyyə və mühasibatlıq üzrə azı 3 il təcrübə;
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri(Rus dili bilikləri üstünlük hesab olunur);
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur);
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).

İŞİN TƏSVİRİ:
• Bankın strateji baxışı və missiya hesabatı, strateji hədəfləri, onlara əlavə və dəyişikliklər üzrə təkliflərin verilməsi;
• Alternativ strategiyalara keçid üzrə təkliflərin verilməsi;
• Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
• Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasının həyata keçirilməsi;
• Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, qiymət siyasəti barədə təkliflərin hazırlanması;
• Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
• Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
• Proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
• Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Elektron CV formasını doldurmaq üçün:
https://afb.az/az/vacancy/17

Son xəbərlər
Digər xəbərlər