7 C
Baku
Sunday, December 15, 2024

Büdcədən təhsilə ayrılan xərclər 19 dəfə artıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artmışdır.

Bunu Baş nazir Əli Əsədov dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.

Qeyd edib ki, səhiyyə sahəsinin inkişafı istiqamətində islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olub. 2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 33 dəfə artıb. 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan İcbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər