24 C
Baku
Thursday, April 18, 2024

Buğda unun qiyməti son ayda bahalaşıb

Azərbaycanda buğda ununun qiyməti avqust ayında 1 qəpik bahalaşıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin iyulunda yerli istehsal buğda unun hər kiloqramı 0.99 manat olduğu halda, avqusta 1 manata yüksəlib.

Bu da 1.01 % bahalaşma deməkdir. İlin əvvəlində isə bu məhsulun qiyməti 0.94 manat idi. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatda bildirilir.

İdxal olunmuş buğda unun hər kiloqramının qiyməti isə 1.41 manatdan  1.42 manata qədər bahalaşıb.

Qarabaşaq yarmasının hər kiloqramı isə son ayda 2.73 manatdan 2.74 manata qədər bahalaşıb.

1 kq əla növ buğda çörəyinin qiyməti 0.85 manatda və qarışıq undan çörək 1.13 manatda sabit qaldığı halda, çovdar çörəyi 1.25 manatdan 1.26 manata qədər bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər