25 C
Baku
Saturday, July 27, 2024

Bulud mühasibatı həllinə startap şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin Hesabat-Onlayn mühasibat həllinə (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib. “Hesabat” onlayn mühasibat platforması mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn mühasibat platformasıdır.

Onlayn-mühasibat mikro və kiçik şirkətlərin uçotunun aparılmasına imkan verən xüsusi bir proqram təminatıdır. Onlayn-mühasibat sizin kompüterinizə yüklədiyiniz köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər bir çox üstünlüklərə (bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s.) malikdir. Techfin MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirmişdir ki, “Maliyyə-mühasibat sahəsində texnoloji yeniliklərin tətbiq olunması həmçinin sahibkarların da maliyyə savadlılığını artıracaq, mühasiblərin işini asanlaşdıracaq, uçotun şəffaflaşmasına öz tövhəsini verəcəkdir ki, nəticədə bu həm dövlət, həm sahibkarlar, həm də mühasiblər üçün faydali olacaqdır.

Bizim fikrimizcə, onlayn-mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız həll bu meyarlara tam uyğundur”

Son xəbərlər
Digər xəbərlər