-1 C
Baku
Sunday, December 15, 2024

“Burger King” son 20 ildə ilk dəfə loqo və vizual üslubunu dəyişdirəcək – Fotolar

“Burger King” rebrendinq edəcək: loqosunu və vizual tərzini dəyişdirəcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

burger scaled

Qeyd edək ki, şəbəkə son 20 ildə ilk dəfədir dizaynını yeniləyir.

Yeni loqo 1969-1999-cu illərdəki loqoya bənzəsə də, müasir “digital” formata uyğunlaşdırılıb. “Yeni minimalist üslub markanın təkamülünə qüsursuz şəkildə uyğun gəlir, eyni zamanda uzun müddətdir istifadə etdiyimiz konsepsiyanı qoruyur: inamlı, sadə və əyləncəli dizayn”, – şirkətdən bildirilib.

unnamed 2

Reduzayn həm də menyu, işçilərin geyimi, sosial şəbəkələri, marketinq strategiyasını və restoranların növünü əhatə edəcək.

unnamed 1 unnamed 3

Yeni şrift “Od” adlanır və şəbəkənin “ləzzətli” yeməkləri ilə əlaqələndirilir.

image6 1 image5

Loqodan əlavə, yeni qablaşdırma üzərində yeməklərin hazırlandığı ərzaqların təsviri yer alacaq.

image2

Rebrendinq prosesində “Jones Knowles Ritchie” (JKR) kreativ şirkəti iştirak edib. Bəzi dəyişiklikləri artıq 2021-ci ildə izləyə biləcəyik.

Son xəbərlər
Digər xəbərlər