27 C
Baku
Saturday, July 27, 2024

“Buta Airways” İzmirə xüsusi reyslər həyata keçirəcək

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, bu istiqamət üzrə uçuşlar həftədə bir dəfə – bazar günləri həyata keçiriləcəkdir.

Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər artıq “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaqdır. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq.

 

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər