Moskvanın “Jukovski” hava limanından Bakıya yerinə yetirilən “Buta Airways” aviaşirkətinin J2 9982 nömrəli reysi texniki səbəbdən gecikir.
“Buta Airways”-dən verilən məlumata görə, reysə 174 sərnişin qeydiyyatdan keçib. Onların daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Hava limanında olan və yola düşməyi gözləyən sərnişinlər içki və yeməklə təmin ediləcəklər.