3 C
Baku
Saturday, March 2, 2024

Bütün banklar üçün kredit faizləri maksimum 29% təyin edildi – bu kimin üçün faydalı olacaq?

Müəllif: Samir Məstəliyev , baş redaktor

10 İyul tarixində bütün bankların rəsmilərinin iştirak etdiyi tədbirdə Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun səsləndirdiyi fikir haqqında artıq bizim saytımızda məlumat verilmişdir. Məsələ əsasən bütün kreditlər üzrə banklara maksimal limitin – 29% təyin edilməsindən gedir.

Artıq bu həftədən başlayaraq, Mərkəzi Bank bütün banklara və BOKT-lara tapşırığın icra edilməsini göstərişinidə vermişdir və kredit faizlərinin tez bir zamanda endirilməsini tələb etmişdir. Əslində Banker.az bu haqqda proqnozu hələ 30 iyunda vermişdir. Çünki komissiya haqqlarının limitləşdirilməsi, müəyyən mənada bankları gəlirin kompensasiyasının ən rahat olunun – faizin artırılmasını labüd edirdi.Maraqlı bir nüansı qeyd edək ki, eyni proses Rusiya Federasiyasında təxminən 1-1.5 il önca baş vermişdir, lakin orada kreditlərin illik faizinə limit yalnız istehlak kreditlərinə şamil edilmişdir (Azərbaycanda bütün kreditlərə).

Digər tərəfdən, Prezidentin təxminən 6 ay əvvəl Mərkəzi Bankın sədrindən kredit faizlərinin endirilməsi ilə bağlı hesabatın təqdim etməsini tələb etməsi, Mərkəzi Bankı tez bir zamanda növbəti addım atmağa məcbur etdi.

Nəticə olaraq, nə baş verdi – kim uddu kim uduzdu?

Bank sektoru – gəlin ilk növbədə bank sektorundan başlayaq. Devalvasiyadan sonra bank sektoru onsuzda staqnasiya dövrünü yaşayırdı, bankların vaxtı keçmiş kreditlərinin həcmi artır, həmən kreditlərə görə yaratdığı ehtiyat isə gəliri yavaş-yavaş “yeməyə” başlamışdır. Onun dalınca komissiyon haqqlarının limitləşdirilməsi və daha sonra kredit faizlərinin maksimal limitin təyin edilməsi bankların azalan gəlirlərini dahada azaldacağı yəqin heç kimdə şübhə doğurmur. Rəsmi informasiyalara görə hazırda vaxtı keçmiş kreditlərin həcmi təxminən 1.3 milyard manata bərabərdir. İlin sonuna qədər bu rəqəm təxminən 1.8 milyard manata qalxacağı gözlənilir

Müştərilər– Əslində bu xəbərə daha çox sevinən müştərilər oldu. Çünki hər kəs Azərbaycanda kredit faizlərinin yüksək olmasından gileylənirdi və bu xəbər onların ürəklərindən xəbər verdi. Lakin , Banker.az proqnozlarına görə bu heçdə bütün müştərilər üçün ürək açan xəbər olan deyil. Çünki , bu vaxta qədər yüksək faizlədə olsa çox insanın kreditə çıxışı var idi, bundan sonra bizim fikrimizcə, banklar müştərilərə daha diqqətli yanaşacaq, risklilik səviyyəsi daha aşağı olan şəxslərə kredit ayırmaqda maraqlı olacaqlar.Yəni, gəlirləri yaxşı olan şəxslər üçün bu xəbər faydalı, gəlirləri az olan və ya qeyri satabil olan şəxslər üçünsə kredit götürmək daha çətin olacaq. Bu mülahizənin əsaslandırılmasına aşağıda bir daha qayıdacağıq.

Kredit bazarında hansı dəyişikliklər gözlənilir?

  • Proseslərin ilkin təhlili göstərirki, ilin sonunacaq bazarda olan və kreditləşmədə aktiv iştirak edən bir qism bank və BOKT-lar artıq Mərkəzi Bankın normativlərini yerinə yetirməkdə çətinlik çəkəcək və bir çoxu ya bağlanacaq , yada konsolidasiya prosesinə getməyə meyilli olacaqlar.
  • Banklar gəlirlərin və xərclərin optimizasiyası prosesinə başlamağı qaçılmazdır. Bunun nəticəsində bank sektorunda əmək haqqıların azaldılması (bu əsasən bonus sxemi ilə işləyənlərə daha çox təsir edəcək) , işçi personalının ixtisarı ilə daha çox gözə çarpacaq.
  • Bazarın iki nəhəng iştirakçısı – KapitalBank və Beynəlxalq bank üçün daha geniş imkanlar yaranacaq. Çünki hər iki bankın maliyyə resursları demək olarki qeyri-məhduddur (bazarın həcminə görə) və bu tip bankların kreditləşmə sxemi, əmək haqqı kartı ilə verilən kreditlərdə risk mükafatı (risk premium) müddüasının aşağı olması onlara daha aşağı faizlə , daha az riskli kreditlər verməyə imkan yaradır (təbii ki , hər iki bankın kredit portfelinin böyük bir qismi məhz iri korparativ və biznes kreditləri təşkil edir, sadəcə biz ümumi yanaşmada sadə əhaliyə təsir edən kreditləşmədən danışırıq). Normalda , bazarda adi bir bank bir krediti zaminlə verirsə və kredit problemə düşərsə ,onun geri qaytarılması məhkəmə vasitəsi həll edilərsə bu proses 3-5 ay çəkir və əgər müştəri prosesi süni şəkildə uzadarsa bu daha çox müddəti əhatə edir. Lakin qeyd edilən bu iki bank müştərinən bağlanan müqaviləyə əsasən (bu kreditlərdə həmçinin zamin tələb edilir müəyyən məbləğlərdə) müştəri ödəniş etməzsə o zaman o əmək haqqı alan zaman onun hesabatından avtomatik kreditin silinməsini həyata keçirmək imkanı vardır (bu həmçinin zaminin əmək haqqısına aiddir, əgər müştəridən bu məbləği tutmaq alınmazsa).
  • Mərkəzi Bankın bu addımlarından sonra kiçik və orta həcmli biznes kreditlərinin verilməsi qismən məhdudlaşacaq. Çünki bu tip kreditlərin risk dərəcəsi nisbətən yüksəkdir və banklar artıq bu riski nisbətən artıq faiz dərəcələri ilə kompensasiya etmək imkanı olmayacaqdır. Eləcədə, Azərbaycan şəraitində biznes kreditlərində rəsmi təstiq olunmuş maliyyə rəqəmlərinin olmadığından, banklar bu vaxta qədər çoxlu sayda kredit işçi işə götürmüşdürlərki onlarda öz növbəsində biznesin təhlili ilə məşğul olub , bank üçün obyektiv qiymət ortaya qoysunlar. Hazırda gedən proseslər, bir tərəfdən bu tip işçilərin ixtisara düşərək azalması , digər tərəfdən isə bu tip işlərə verilən əmək haqqının (bonusun) azalması ilə nəticələnəcəkdir. Çünki bank artıq eyni müştəridən əvvəlki tək gəlir əldə edə bilmir.
  • Bu aralarda, Mərkəzi Bankın uçot dərəcəsini yenidən endirməsidə diqqətdən qaçmamalıdır. Bu vaxta qədər uçot dərəcəsi bank sistemində öz funksiyasını demək olarki icra etmirdi və qeyd olunan faizlə yalnız bir neçə banka Mərkəzi Bank pul ayırırdı (ən azından müşahidələrim bunu deməyə əsas verir), lakin Elman Rüstəmovun televiziyaya verdiyi müsahibədən Mərkəzi Bankın uçot dərəcəsi məsələsinin üzərinə daha ciddi düşdüyünə istinad etmişdir, bunu yalnız zaman göstərəcəkdir. Belə bir ssenaridə diqqətdən yayınmamalıdırki, Mərkəzi Bank uçot dərəcəsinə uyğun bir neçə banka ciddi maliyyə vəsaiti ayırar, bu zaman artıq KapitalBank və Beynəlxalq Bank qədərdə olmasa, bazara kifayət qədər ciddi rəqiblər daxil ola bilər.
  • Banklar depozit faizlərinə yenidən baxacaqlar. Artıq kredit faizlərinin maksimal həddinin limitləşdirilməsi, depozit faizləri üzrə müştərilərə verilən faizlərə yenidən baxılmasını labüd edir. Yəqinki bu dəyişikliklərə banklar tərəfindən yaxın zamanda başlanacaqdır.

Vəziyyət nə vaxt yaxşılaşa bilər?

Fikrimcə, bütün məsələlərin kökündə bir neçə nüans durur.

  • Hökümət ya Mərkəzi Bank vasitəsi ilə və ya digər kanallarla kredit təşkilatları üçün ucuz maliyyə resursları təqdim etməlidir. Əks halda, hazırda atılan addımlar sadəcə süni şəkildə kredit faizlərinin azaldılması illuziyası yaradır. Qeyd olunan addımlar, həmçinində ümumi iqtisadi rifahin zəifləməsinə gətirib çıxarır.
  • Biznes mühiti üçün şərait yaradılmalıdırki hesabatlılıq şəffaf olsun. Hətta indinin özündə bilə, nəhəng şirkətlər, həmçinin bəzi bankların maliyyə göstəriciləri hər kəs üçün bağlıdır.

Qismən təsir edən nüanslar

  • Bir müddət əvvəl bankların və İFC-nin təşəbbüsü ilə yaradılması nəzərdə tutulan rating agentliyinin mütərəqqi metodikalara əsaslanan sisteminin işə salınması.
  • Mərkəzi Bank yanında Reestr xidmətinin məlumatları dahada təkmilləşdirilməli, banklara müxtəlif parametrlər üzrə risklərin qiymətləndirilməsi hesabatlarının təqdim edilməsi inkişaf etdirməlidir.
Son xəbərlər
Digər xəbərlər