12 C
Baku
Wednesday, December 11, 2024

Bütün dünyada avtomobil istehsalı dayandırıla bilər – Financial Times

“Financial Times” qəzetinin verdiyi məlumata görə, Çində maqnezium tədarükünün pozulması səbəbindən 2022-ci ildə bütün dünyada avtomobil istehsalı dayandırıla bilər. Belə ki, maqnezium istehsal zamanı istifadə olunan alüminium ərintilərinin əsas komponentidir.

Banker.az xəbər verir ki, enerji böhranı səbəbindən Çinin Şensi əyalətində 50 maqnezium əritmə zavodundan 35-i fəaliyyətini dayandırıb. Yerdə qalanlar da enerjiyə qənaət etmək üçün istehsalı yarıya qədər endirməyə məcbur olub. Qeyd edək ki, dünyanın metal istehsalının təxminən 80%-i Çinin payına düşür. “FT” bu böhranın daha da güclənə biləcəyini proqnozlaşdırır.

Xatırladaq ki, daha əvvəl alüminium tədarükünün pozulması barədə Amerikanın “Alcoa” və Kanadanın “Matalco” şirkətləri yazıb. Bunun fonunda Avropaya tədarük qiymətləri tarixi maksimuma çatıb. Təkcə sentyabr ayında qiymətlər 75% artaraq bir tona görə 9 min dollara yüksəlib.

London Metal Birjasında qeydiyyatda olan anbarlarda mis ehtiyatları oktyabr ayında 1974-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Hələ sentyabr ayında onların həcmi 200 min ton olub, sonra isə 14.15 minə azalıb. Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” ehtiyatların 2021-ci ilin sonuna qədər rekord səviyyəyə enəcəyini, 2022-ci ilin ikinci rübündə isə “tamamilə tükənəcəyini” proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər