12 C
Baku
Wednesday, December 11, 2024

“Bütün postsovet ölkəsinin vətəndaşlarına üzümü tutaraq deyə bilərəm ki, bizdə hər şey mümkündür”

Ukraynada prezident seçkilərinin ikinci turunda “exit-poll”un nəticələrinə görə qalib gələn Vladimir Zelenski keçirdiyi brifinqdə maraqlı açıqlamalar verib.

“Qələbə münasibətilə bütün komandamı təbrik edirəm. Mənə dəstək göstərən bütün ukraynalıları minnətdaram.”- deyə Zelenski deyib.

V.Zelenski seçicilərin etimadını doğruldacağını vəd edib.

“Mən hələ rəsmi prezident deyiləm, bütün postsovet ölkəsinin vətəndaşlarına üzümü tutaraq deyə bilərəm ki, bizdə hər şey mümkündür”, – deyə Zelenski əlavə edib.

O Prezident Administrasiyasında kifayət qədər ixtisarlar aparacağını bəyan edib.

“Andiçmə mərasimindən sonra kadr siyasəti ilə bağlı qərarlar verəcəyəm. Öncə Ukraynanın Baş prokuroru Lutsenkonu vəzifəsindən uzaqlaşdıracağam. Lutsenko köhnə komandadır, yeni simalar gətiriləcək”, – deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.

Mərkəzi Seçki Komissiyası isə yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.

Son xəbərlər
Digər xəbərlər